2000-ci ilin aprelindən Xocalı RTŞ-nin aparıcı mütəxəssisi vəzifəsində işləyən Solmaz Eminovanın 26 sentyabr 2019-cu il tarixdə 50 yaşı tamam olur. Bu münasibətlə Xocalı RTŞ-nin kollektivi və rayonun təhsil işçiləri Solmaz xanımı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, işlərində uğurlar arzulayır. Xocalı RTŞ-də işlədiyi 20 il ərzində Solmaz Eminova məsuliyyətli işçi kimi daim üzərinə düşən işlərin öhdəsindən layiqincə gəlir, verilən tapşırıqları vaxtında icra edir. Onun ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması və fəaliyyətini Xocalıda davam etdirməkdir. Allahın belə bir günü nəsib etməsini arzu edirik.
Xocalı RTŞ-nin kollektivi və rayonun təhsil işçiləri.